Suriyada Əsədin əmisi oğlu saxlanılıb

Suriya TV-nin məlumatına görə, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Atef Nəcib Suriyada saxlanılıb. Onlar qeyd ediblər ki, həmin şəxs Ərəb Respublikasının cənubundakı Dəra əyalətində siyasi təhlükəsizlik idarəsinin rəisi vəzifəsini tutub.

SİA-nın məlumatına görə, Suriya televiziyasındakı mənbə bildirib ki, təhlükəsizlik qüvvələri Suriyanın şimal-qərbindəki Latakiya əyalətində Atef Nəcibi saxlayıb.

Bundan əvvəl məlum olub ki, Suriyanın yeni hakimiyyət orqanları Rusiyadan Əsədin onlara ekstradisiyasını istəyib. Qeyd olunur ki, bu hələ də qeyri-rəsmi tələbdir. Məlumdur ki, Əsəd Suriyadan qaçdıqdan sonra Rusiyadan siyasi sığınacaq alıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə