Osakada siqaret çəkmək qadağan edilib

Osaka Bələdiyyəsi qərarla bağlı verdiyi açıqlamada...

Yaponiyanın ən böyük şəhərlərindən biri olan Osakada ictimai yerlərdə siqaret çəkmək qadağan edilib.

SİA-nın məlumatına görə, 2025 Dünya Sərgisinə ev sahibliyi etməyə hazırlaşan şəhərdə ictimai yerlərdə siqaret çəkmək qadağası 27 yanvarda qüvvəyə minib. Qadağa çərçivəsində yollar, parklar, meydanlar və digər ictimai yerlərdə siqaret və elektron siqaret istifadəsinə icazə verilməyəcək. Qaydalara əməl etməyənlər 1000 yen məbləğində cərimə olunacaq.

Osaka Bələdiyyəsi qərarla bağlı verdiyi açıqlamada "Şəhər üzrə dumansız əraziləri genişləndirərək təhlükəsizliyi və təmizliyi artırmağı, eləcə də Osakanın beynəlxalq turizm məkanı kimi imicini gücləndirməyi hədəfləyirik" ifadələrinə yer verib.

Bütün xəbərlər Facebook səhifəmizdə