Gürcüstan AŞPA-dan çıxır..?

Gürcüstanın AŞPA-dan çıxması ədalətsiz münasibətə qarşı verilmiş düzgün qərardır

Gürcüstanın demokratik hökuməti davamlı olaraq öz suverenliyini təmin etmək, sülhü qorumaq və milli maraqları müdafiə etmək istiqamətində çalışır. Lakin Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Gürcüstan ilə bağlı verdiyi qərar çox ədalətsiz qərardır.

SİA-nın məlumatına görə, bu sözləri müsahibəsində gürcü ekspert Vado Şakarişvili söyləyib.

Onun sözlərinə görə, Gürcüstan parlament nümayəndə heyətinin AŞPA-dan çıxmaq qərarı çox düzgündür. Bu, ədalətsiz münasibətə və ikili standartlara qarşı düzgün qərardır.

Ekspert deyib ki, hər kəs Gürcüstan xalqının iradəsini və Gürcüstanın demokratik hökuməti üçün səs vermiş 1 milyon 120 min seçicinin qərarını hörmətlə qarşılamalıdır. AŞPA və ya başqa bir təşkilat nümayəndəliyimizi legitimləşdirmək üçün yeni seçkilər tələb edirsə, bu, təhqirdir, qəbuledilməzdir.

V.Şakarişvili bildirib ki, əgər gələcəkdə Gürcüstana qarşı ədalətsiz münasibət uzun müddət davam etməzsə, Avropa Şurasının Parlament Assambleyasına qayıtmaq məsələsi müzakirə oluna bilər. Əsas siyasi mesaj budur ki, Gürcüstan öz suverenliyini, sülhü və milli maraqlarını möhkəm müdafiə etməkdə davam edəcək, Avropa bürokratiyasından gələn siyasi təzyiqlərə isə yox deyir.

“Məlumdur ki, avrobürokratiya “dərin dövlət”in nəzarəti altındadır və Trampın yeni administrasiyasına baxmayaraq, hələ də Bayden administrasiyasının siyasətini həyata keçirir. Bu da uzun sürməyəcək və tezliklə hər şey öz axarına dönəcək”, – deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə