İsrail hakimiyyəti HƏMAS terrorçularının əsirliyindən israilli girovların qaytarılması prosesinin təşkilinə etiraz olaraq fələstinli məhbusların azad edilməsini dayandırmaq qərarına gəlib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “The Times of Israel” baş nazir Benyamin Netanyahunun ofisinin bəyanatına istinadən xəbər verir.
Fələstinli məhbusların azadlığa buraxılması növbəti girov qruplarının təhlükəsiz şəraitdə azad ediləcəyinə dair zəmanət alınana qədər təxirə salınıb.
…İsrail vasitəçilərdən buna nail olmağı tələb edir. Bu, Netanyahunun ofisinin bəyanatında deyilir.
Proses dayandırılarkən fələstinli məhbuslar artıq avtobuslarda olub və həbsxana ərazisini tərk ediblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə