ABŞ prezidenti Donald Tramp vəzifədə olduğu ilk doqquz gündə 38 sərəncam imzalayıb.
SİA-nın məlumatına görə, “Axios” qeyd edir ki, bu, rekord rəqəmdir.
Portalın qeyd etdiyi kimi, ABŞ-ın keçmiş prezidentlərindən yalnız Cozef Bayden və Harri Truman Ağ Evdə olduqları ilk 100 gündə 40-dan çox sərəncam veriblər.
Portal onu da iddia edir ki, hazırkı dövlət başçısı prezident səlahiyyətlərini genişləndirmək məqsədi ilə ABŞ administrasiyasının işini yenidən qurur.
Daha əvvəl “Politico” mənbələrə istinadən xəbər verib ki, ABŞ prezidenti Donald Trampın administrasiyasının əmrləri ABŞ ordusunda xaosa səbəb olub.
Pentaqondakı yüksək vəzifəli məmurlar Ağ Ev rəhbərinin müxtəlifliyə dair əmrlərini yanlış şərh edib və ordunun yeni silahlarla bağlı müqavilələrini dondurub.
Bir sıra hərbi qulluqçular zabitlərin mümkün işdən çıxarılmasından narahat olublar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə