Rusiya regionunda miqrantlara kompüter təmiri qadağan edilib

...Tatarıstanda əcnəbi vətəndaşların işləməsinə yeni məhdudiyyətlər tətbiq edilib. SİA-nın məlumatına görə, respublika başçısı Rüstəm Minnixanovun fərmanının mətni “Jest Kazani” Telegram kanalında dərc olunub.

Sənəd miqrantların taksi sürücüsü işləməsini və kompüter təmirini qadağan edir.

Bundan əlavə, onlara baytar həkimi, mühafizəçi kimi işləmək, maliyyə, mühasibatlıq və hüquq xidmətləri göstərmək qadağan olunacaq.

29 yanvar tarixli sənəd rəsmi dərc edildikdən on gün sonra qüvvəyə minir.

Onun təsiri yalnız Rusiyada patentlə işləyən əcnəbilərə şamil edilir.

Əvvəllər Çuvaşiyada miqrant işinə məhdudiyyətlər tətbiq edilib. Müvafiq sərəncamı regionun rəhbəri Oleq Nikolayev imzalayıb.

İşəgötürənlərdən aprelin 1-dək işi yeni tələblərə uyğun təşkil etmələri tələb olunur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə