Bazar ertəsi Serbiyanın paytaxtı Belqradda tələbə etirazçılar əsas nəqliyyat yolunu bağlayıblar. Blokadanın 24 saat davam edəcəyi gözlənilir.
SİA-nın məlumatına görə, aksiyada əhalinin digər qruplarının nümayəndələri də iştirak edib və tələbələrin tələblərini dəstəkləyiblər.
Fermerlər traktorlarla gəliblər.
Yüzlərlə insanın iştirak etdiyi aksiyanın fotolarını Azadlıq Radiosunun Balkan Xidməti yayıb.
Belqrad və Serbiyanın digər şəhərlərində etirazlar bir aydan çoxdur ki, davam edir. Onlar Serbiyanın şimalındakı Novi Sad şəhərində baş verən faciədən sonra başlayıb.
Noyabrın 1-də dəmiryol vağzalında tavanın uçması nəticəsində 15 nəfər həlak olub.
Tələbələr əvvəlcə faciənin şəffaf araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb ediblər. Müxalifət fəallarının və vətəndaş cəmiyyəti nümayəndələrinin dəstəklədiyi tələbələr baş verənlərə görə hakimiyyəti stansiya binasının keyfiyyətsiz təmirinə səbəb olan korrupsiyada ittiham edirlər.
Bir çox etirazçılar üçün Novi Sad faciəsi hökumətin və prezident Aleksandar Vucic-in ölkəni yanlış yola apardığına inandıqlarının təsdiqidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə