Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) sosial media hesabında açıqlama verilib
Suriyanın şimalındakı “Fərat qalxanı” bölgəsində separatçı PKK/YPG-nin 4 terrorçusu zərərsizləşdirilib.
SİA-nın məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) sosial media hesabında yayınlanan açıqlamada terrorla mübarizənin təsirli və qətiyyətli şəkildə davam etdiyi bildirilib. "Qəhrəman Türk Silahlı Qüvvələrimiz “Fərat qalxanı” bölgəsində 4 PKK/YPG terrorçusunu zərərsizləşdirdi. Terrora və terrorçuya heç bir yerdə keçid yoxdur" ifadələri işlədilib.
Digər tərəfdən, Diyarbakırın Lice rayonunda əraziyə basdırılmış, terror təşkilatı PKK-ya aid silah və sursat aşkarlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə