179 nəfərin öldüyü təyyarə qəzasının səbəbləri hələ də müəmmalıdır

29 dekabr 2024-cü ildə Cənubi Koreyada sərnişin təyyarəsinin eniş zamanı idarəetmədən çıxması və 179 nəfərin həyatını itirməsi nəticəsində baş verən qəza ilə bağlı dərc edilən hesabatda təyyarənin mühərrikində quş qalıqlarının tapıldığı açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qəzanın səbəbi hələ müəyyən edilməyib.

"Yonhap"ın məlumatına görə, Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinin istintaq komitəsi sözügedən qəza ilə bağlı hesabatı dərc edib.

Hesabatda qəzanın səbəbinin hələ müəyyən edilmədiyi, daha dəqiq nəticəyə gəlmək üçün analiz edilmək üçün FDR və CVR məlumatlarının əldə edilməsinin bir neçə ay çəkə biləcəyi qeyd edilib. Təyyarənin mühərrikində quş qalıqlarının tapıldığı vurğulanan hesabatda, təyyarənin quş sürüsü ilə toqquşması, vuran quşların sayı, sürüdə birdən çox quş növünün olub-olmadığı kimi təfərrüatlar açıqlanmayıb. Digər tərəfdən, ölkədə nəşr olunan “JoongAng Daily” qəzetinin məlumatına görə, səlahiyyətlilər qəza ilə bağlı axtarış-xilasetmə işlərinin həlak olanların ailələrinin razılığı ilə başa çatdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə