Kolumbiya ABŞ tərəfindən deportasiya edilən immiqrantları qəbul edəcək

Ağ Ev Kolumbiyanın ABŞ tərəfindən deportasiya edilən mühacirləri daşıyan təyyarələrin hava ilə enişini qəbul etdiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Karolin Leavitt iki ölkə arasında gərginliyə səbəb olan qeyri-qanuni miqrasiya məsələsi ilə bağlı açıqlama verib.

Leavitt bildirib ki, Kolumbiya hökuməti ABŞ prezidenti Donald Trampın ABŞ-a ekstradisiya edilən bütün qeyri-qanuni əcnəbilərin məhdudiyyətsiz və gecikmədən ölkəyə qəbulu ilə bağlı bütün şərtlərini qəbul edib.

Sözçü Leavitt qeyd edib ki, Kolumbiyadan gələn mallara 25 faiz gömrük rüsumu tətbiq edən və bu dərəcəsi bir həftə ərzində yüzdə 50-yə qaldıran tarif əmrləri ehtiyat tədbiri olaraq saxlanılacaq və imzalanmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə