ABŞ Livan və İsrail arasında atəşkəs razılaşmasının təxminən 3 həftə daha uzadıldığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin paylaşdığı açıqlamada qeyd olunub: "ABŞ-ın nəzarətində olan Livan və İsrail arasında uzlaşma 18 fevral 2025-ci il tarixinə qədər qüvvədə olacaq".
Bəyanatda 7 oktyabr 2023-cü il tarixindən sonra ələ keçirilən livanlı məhbusların ekstradisiyası üçün Livan, İsrail və ABŞ hökumətləri arasında danışıqlara başlanılacağına dair məlumatlar da yer alıb. Livanla əldə olunan atəşkəs razılaşmasına baxmayaraq işğal etdiyi bölgələrdən geri çəkilməyən İsrail ordusunun dünən həyata keçirdiyi hücumlarda 22 nəfər ölüb, 124 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə