Ölkədə heç vaxt belə sakit seçkilər keçirilməyib və vəziyyət tam nəzarət altında olub. SİA xəbər verir ki, bu barədə Belarusun daxili işlər naziri İvan Kubrakov deyib. "Soydaşlarıma qanuna tabe olan davranışlarına görə təşəkkür edirəm. Xaricdən vəziyyəti təhrif etməyə çalışsalar da, bizdə heç vaxt belə sakit seçkilər, seçki kampaniyaları olmayıb. Bunu rəqəmlər də sübut edir”, - deyə o bildirib.
Qeyd edək ki, ötən gün Belarusda prezident seçkiləri baş tutub. Seçkilərdə seçici fəallığı 50%-dən çox olub və ekzit-pollun məlumatına görə, Lukaşenko 87,6% səslə qalib gəlib. Avropa Birliyi Belarusda seçkiləri tanımadığını bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə