Netanyahu Trampa təşəkkür edib

İsrailin bomba tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldırdığına görə...

...İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa yəhudi dövlətinin 2000 funt-sterlinqlik bombalarına qoyulan qadağanı ləğv etdiyinə görə təşəkkür edib.

Onun sözlərinə görə, bu, ölkəsinə özünümüdafiə üçün lazımdır. Baş nazirin ofisindən verilən açıqlamalara görə, Netanyahu, “Prezident Tramp, İsrailə özünü müdafiə etmək, ümumi düşmənlərimizlə mübarizə aparmaq, sülh və firavanlıq gələcəyini təmin etmək üçün lazım olan vasitələri vermək vədini yerinə yetirdiyiniz üçün təşəkkür edirəm” – deyib.

Bundan əvvəl İsrailin xarici işlər naziri Gideon Saar Trampa bu qərarına görə təşəkkür edərək, “İsrailin özünü müdafiə etmək üçün lazım olan şeylərə sahib olduğu zaman Yaxın Şərq daha təhlükəsiz olur” fikrini ifadə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə