İranda denge qızdırması tüğyan edir

Son aylarda İranda 1094-dən çox denge qızdırması halı aşkarlanıb. SİA xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin məlumatında bildirilib. Yoluxanlardan 883 nəfərin başqa bir ölkəyə səfəri olmayıb. Ən çox yoluxma halı Sistan və Bəlucistan əyalətinin Çabahar şəhərində qeydə alınıb: 870 nəfər. Daha 13 hadisə isə Hormozqan əyalətində qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə