Malinin “Coly Energy” şirkəti Fransanın “Total Energies” şirkətini regiondan çıxarıb

Malinin “Coly Energy” şirkəti 1109 işçini saxlamaqla Qərbi Afrika enerji sektorunda strateji dönüş etdiyini qeyd edərək, “Total Energies”nin fəaliyyətini öz üzərinə götürüb. SİA xəbər verir ki, Mali enerji sektoru yeni keçid dövrünə qədəm qoyub. Belə ki, “Coly Energy” şirkəti “Benin Petro SA” şirkəti ilə əməkdaşlıq edərək, ölkədəki “Total Energies”i şirkətinin bütün əməliyyatlarını rəsmi olaraq öz üzrinə götürdüyün elan edib.

“Coly Energy” şirkətinin nümayəndə heyəti ilə görüşən Malinin Baş Naziri Abdoulaye Maiqa bu strateji keçidi alqışlandığını deyib:” Bu milli iqtisadiyyatı inkişaf etdirmək və ölkə daxilində məşğulluğu gücləndirmək üçün yaxşı fürsətdir”.

Bildirilir ki, Benin və Kot d'İvuarda da mövcud olan “Coly Energy” strateji tərəfdaşlıqlara və yerli reallıqlara uyğunlaşdırılmış idarəetməyə diqqət yetirərək, regionda mövcudluğunu gücləndirməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə