Keçmiş televiziya aparıcısı Pentaqonun yeni rəhbəri kimi and içdi...

...Bu gün səhər saatlarında məlum olub ki, Senat Pentaqonun rəhbəri vəzifəsinə namizəd Pit Heqsetə səs verib. O, vitse-prezident Ceyms Devid Vensin səsverməsi ilə təsdiqlənib. Senatorların səsləri 50-50-yə bölünüb.

SİA xəbər verir ki, bu barədə Ağ evin mətbuat qrupu jurnalistləri tərəfindən yayılan məlumatda bildirilib.

ABŞ vitse-prezidenti vurğulayıb ki, Pentaqonun yeni rəhbəri döyüş əməliyyatlarında iştirak edən amerikalı hərbçilər arasında hörmət qazanıb.

Xatırladaq ki, ABŞ Konqresinin Senatı cümə günü Heqseti müdafiə naziri vəzifəsinə təsdiq edib. Yuxarı palatada onun namizədliyi ilə bağlı səslər bərabər bölündüyü üçün Vens öz səs vermək hüququndan istifadə edib. O, ABŞ Konstitusiyasına əsasən Konqresin yuxarı palatasına sədrlik edir.

Onun sözlərinə görə, Donald Trampın yeni administrasiyası dövründə ABŞ Silahlı Qüvvələri Arktika və Alyaskaya prioritet diqqət yetirəcək. Heqset hesab edir ki, ABŞ NATO ölkələrində öz nüvə silahlarının mövcudluğunu qorumalıdır, bu, ABŞ-nin Avropadakı müttəfiqləri ilə “vacib əlaqə” rolunu oynayır. Onun fikrincə, Rusiya, Çin, İran və Şimali Koreyanın hərəkətləri dünyada ABŞ-nin təsirini zəiflətmək üçün birgə yanaşmalarını göstərir.

44 yaşlı Heqset ABŞ Silahlı Qüvvələrinin veteranı, döyüş əməliyyatlarının iştirakçısıdır. O, quru qoşunlarının mayoru rütbəsinə və döyüş ordeninə malikdir. O, zabit rütbəsini doğma Minnesota ştatının Milli Qvardiyasında xidmət etməklə əldə edib. Heqset səkkiz il Fox News telekanalında çalışıb. O həmçinin bir neçə kitabın müəllifidir və veteran hüquqlarının müdafiəsi üzrə iki təşkilata rəhbərlik edib. Prinston və Harvard universitetlərində təhsil alıb.

...Amerikalılar Pentaqonun rəhbəri postunu “əslində müdafiə sahəsində təcrübəsi olan” şəxsin tutacağına ümid edirdilər. Amerikanın Müstəqil Veteranlarının təsisçisi Paul Rickhoff X sosial media səhifəsində Heqset-in bu vəzifəyə ən az uyğun namizəd olduğunu əlavə etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə