Paşinyan erməni diasporunu xilas etməyin yolunu göstərib

Paşinyan ölkəni vətən kimi qəbul etməyi erməni diasporunu xilas etməyin yolu adlandırıb

Ermənistanın baş naziri Nikol Paşinyan erməni diasporunu xilas etməyin yolunu açıqlayıb.

SİA-nın məlumatına görə, onun sözlərini “Novosti-Armenia” nəşri yazır.

...Mənşəcə erməni olan, erməni dilini bilməyən, ermənicə oxumayan, erməni adət-ənənələri ilə yaşamayan adam mühacirətdir. Və nə vaxtsa “X” öz soyadını saxlasa da, özünü erməni milləti ilə birləşdirmir.

Bunu Paşinyan bildirib.

Nazir hazırda Ermənistanda indiyədək heç vaxt olmayan böyük mühacirətin olduğu qənaətindədir. Nikol bildirib ki, diasporu xilas etməyin yeganə yolu respublikanı vətən kimi qəbul etməkdir.

Paşinyan bir müddət əvvəl Ermənistanda dövlət xalq sisteminə keçidin başladığını bildirib. O, 2018-ci ilin “şaşlıq inqilabı”ndan sonra hökumətin qərar qəbul etmə sistemini belə izah edib.

Paşinyanın sözlərinə görə, bundan əvvəl Ermənistanın siyasi rəhbərliyinin hərəkətləri “bir neçə imperiyanın subyektlərinin rolundan” asılı idi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə