...Bu barədə sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb. Təşəbbüs hələ də inkişaf etdirilir və regional hakimiyyət orqanlarının onun həyata keçirilməsi yolları üzərində düşünmək üçün bir neçə ay vaxtı var.
SİA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin uşaqda irsi xəstəliklərin riskini müəyyən etmək üçün gələcək valideynlərin genetik müayinəsinə başlamağı əmr edib. Sənədin özündə “gələcək valideynlər üçün molekulyar genetik skrininq proqramlarının hazırlanması və tətbiqi baxımından neonatal skrininq proqramının tədricən genişləndirilməsi üçün təkliflərin” verilməsinin zəruriliyindən bəhs edilir.
Bu cür testlər hamiləliyin planlaşdırılması zamanı aparılacaq. Dövlət başçısının tapşırığına əsasən, cari ilin mayın 15-dək regional hakimiyyət orqanları bu prosedurun təşkili ilə bağlı konkret təkliflər verməlidir.
Bundan əvvəl Maqadan vilayətində analar və hamilə qadınlar üçün müavinətlərin artırıldığı bildirilirdi.
Moskva klinikalarında sonsuzluğun müalicəsi proqramı tətbiq edilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə