Tramp NATO ilə bağlı tələbini açıqlayıb

...ABŞ prezidenti Donald Tramp deyib ki, o, NATO-ya üzv ölkələrin müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmağı tələb edəcək.

Amerika lideri bunu Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

SİA-nın məlumatına görə, bunu Fox News kanalı bildirib.

...Mən bütün NATO ölkələrindən müdafiə xərclərini ÜDM-in beş faizinə çatdırmağı xahiş etməyi planlaşdırıram. Bu, çoxdan edilməli idi.

Bunu Tramp deyib.

Qeyd edək ki, Amerik preidenti bundan əvvəl Şimali Atlantika Alyansının müdafiə xərclərini artırmaq niyyətindən danışıb. Onun sözlərinə görə, NATO ölkələrin ÜDM-nin iki faizi həcmində xərclərlə öz vəzifələrini səmərəli şəkildə yerinə yetirə bilməyəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə