ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin tezliklə həll olunmayacağı təqdirdə Rusiya ixracına yeni rüsumlar və sanksiyalar tətbiq etmək niyyətindədir. SİA xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb. “Rusiyaya zərər vermək fikrim yoxdur. Mənim Rusiya xalqına sevgim var və prezident Putinlə həmişə yaxşı münasibətdə olmuşam. Əgər biz tezliklə razılıq əldə etməsək, mənim Rusiyanın ABŞ-yə və bu işdə iştirak edən digər ölkələrə satdığı hər məhsula yüksək vergilər, tariflər və sanksiyalar tətbiq etməkdən başqa yolum qalmayacaq”, - Amerika lideri qeyd edib. Tramp Rusiya tərəfinə yaxşılıq etməyə hazır olduğunu bildirib. “İndi qərara gəlin və bu mənasız müharibəni dayandırın. Yoxsa vəziyyət daha pis olacaq”, - o yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə