ABŞ-nin BMT-yə ümumi borcu açıqlanıb. SİA TASS-a istinadən xəbər verir ki, bu məbləği BMT baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Haq bildirib. “ABŞ-nin BMT-nin əsas büdcəsinə borcu 1,5 milyard dollardır. Əsas büdcəni, sülhməramlı missiyalar və tribunalların büdcəsini nəzərə alsaq, ümumi məbləğ 2,8 milyard dollar təşkil edir”, - deyə Haq qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə