Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə Avropa ölkələrində, xüsusilə də Emmanuel Makron hökumətində narahatlıqlar dərhal özünü büruzə verib. Bu qayıdış qlobal geosiyasi tarazlığa, çoxtərəfliliyə və qlobal çağırışlarla mübarizəyə təhlükə kimi qiymətləndirilir. SİA xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. Fransa Avropa prioritetlərinə daha çox uyğun gələn Bayden administrasiyası ilə əməkdaşlıq etməyə vərdiş etsə də, Amerikanın bu dönüşü liderləri qeyri-müəyyənlik dövrünə sürükləyib.
Fransua Bayru başda olmaqla siyasətçilər həyəcan təbili çalmaqda geciksələr də, Fransa siyasi köpüyün içində batıb. Böhran zamanı oyananlar üçün bu vəziyyət geri qayıtmaq imkanı yaradır. Ancaq təəssüf ki, Fransanın nüfuzu, səsi sözsüz ki, əvvəlki kimi deyil. E. Makron Ağ Evdə D. Trampın andiçmə mərasimi zamanı ölkəsində Silahlı Qüvvələrə “Yeni il” təbrik çıxışında artıq müdafiə proqramı tətbiq etməyin vaxtı çatdığını deyib.
Əvvəlcə Avropadakı alovları söndürmək, sonra manevr üçün daxili məkanı boşaltmaq ümidi ilə E. Makron çxışında pərdəarxası məqsədlərini xüsusilə də, pensiya islahatlarını saxlamaq üçün fəallığını davam etdirib. O, Yeni ildə xalqa müraciətində qeyd etdiyi kimi yenidən referendumla məsələni həll etmək imkanını düşünür.
“Birləşmiş Ştatlar inanılmaz dərəcədə güclü siyasət yürütmək qərarına gəlib. Heç nə etməsək, taleyimiz çox asan sıxışdırılacaq, əziləcək, marginallaşacaqdır. Bu, bizim, fransızların və avropalıların qəbul etməli olduğu bir qərardır",- deyə baş nazir Fransua Bayru da xəbərdarlıq edib. O, bildirib ki, vəziyyətlə bağlı Fransanın verəcəyi cavab məlumdur - birlik və stabillik.
Fransa siyasi həyatının 2024-cü il iyun ayında dağılmasından sonra ölkənin son onilliklərin ən təlatümlü vaxtını yaşadığı vaxtda o, daxili və xarici həssaslığa və birlikdə işləməyə çağırıb. Bununla, Fransa Baş naziri sələfi M. Barnyenin taleyindən yayınmaq üçün vəzifəyə başlayarkən qeyd etdiyi yolun mövcud olduğunu və beynəlxalq kontekstin onun xeyrinə danışdığını göstərir.
Fransanın sabiq prezidenti, Milli Assambleyanın deputatı Fransua Olland, eləcə də bir çox siyasətçilər Avropanı ABŞ-la güc balansı yaratmağa çağırıblar.
Fransa ABŞ-ın siyasət seçimlərinin gətirdiyi qeyri-stabilliyə qarşı Almaniya və digər Aİ üzvləri ilə ittifaqlarını gücləndirməyə çalışır. Eyni zamanda, Paris diplomatik güzəştlərə baxmayaraq, Çin və Hindistan kimi güclərlə daha sıx tərəfdaşlığı təşviq etdi.
Donald Trampın 2025-ci ildə hakimiyyətə gəlməsi Emmanuel Makron və hökuməti tərəfindən qeyri-sabitlik və transatlantik münasibətlərin zəifləməsi siqnalı kimi qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə