Türkiyənin Bolu vilayətində, Köroğlu dağının zirvəsində yerləşən Kartalkaya xizək mərkəzində baş verən yanğında həyatını itirənlərin sayı 76-ya çatıb. SİA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Nazir bildirib ki, hadisə ilə əlaqədar aparılan istintaq çərçivəsində indiyədək 9 nəfər saxlanılıb. Yanğının səbəbi hələ müəyyən edilməyib. Hadisə yerinə Bolu ilə yanaşı Düzce, Kocaeli, Sakarya, Karabük, Zonquldak, Bartın və Ankaradan yanğınsöndürən, səhiyyə, AFAD, UMKE, jandarm və meşə sahə idarələrinin çox sayda heyət və texnikaları cəlb edilib.
Xatırladaq ki, baş verən yanğınla bağlı Türkiyədə bir günlük matəm elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə