Rusiya Prezidenti Vladimir Putin Çin Sədri Si Cinpinlə danışıqlar aparıb. SİA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə Rusiya lideri Ukraynada münaqişənin həllində məqsədin qısamüddətli atəşkəs deyil, uzunmüddətli sülh olduğunu vurğulayıb.
“Ukraynada nizamlanmanın özünə gəldikdə, Prezidentin bu günlərdə vurğuladığı və bu gün dediyi kimi, nizamlanmanın məqsədi hansısa qısamüddətli atəşkəs, bir növ möhlət deyil, bizim obyektiv maraqlarımıza hörmət əsasında uzunmüddətli sülh olmalıdır”, – deyə Uşakov qeyd edib.
Yanvarın 21-də Kreml özünün “telegram” kanalında Putin və Si Cinpin arasında videobağlantı vasitəsilə danışıqlar aparıldığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə