Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) prezidenti Ersin Tatar Cənubi Kıbrıs Rum İdarəsinin rəhbəri Nikos Xristodoulides ilə görüşüb.
SİA-nın məlumatına görə, görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi və BMT-nin Kıbrıs Sülh Qüvvələri (UNFICYP) missiyasının rəhbəri Kolin Stivır bufer zonada yerləşən iqamətgahında baş tutub.
Bildirilib ki, KKTC prezidenti və Rum icmasının lideri Xristodulides iki ölkə arasındakı sərhəd keçid məntəqələri başda olmaqla bir çox mövzunu müzakirə ediblər.
KKTC prezidenti Tatar görüşdən sonra verdiyi açıqlamada Rum Lideri Xristodoulides ilə görüşündə gündəmə gələn Haspolat sərhəd keçid məntəqəsindən əlavə olaraq Akıncılarda da bir sərhəd keçid məntəqəsinin istifadəyə verilməsini təklif etdiyini bildirərək, Rum tərəfinin vətəndaşları üçün Kiracıköy və Erenköyden tranzid keçid, yəni KKTC ərazisindən keçid tələb etdiyini vurğulayıb.
Dövlət başçısı Ersin Tatar Rum İdarəsinin KKTC vətəndaşlarına qarşı ayrı-seçkilik etdiyini və sonradan vətəndaşlıq almış türk əsillilərin ölkəyə girişinə icazə vermədiyini xatırladaraq, Xristodulides ilə görüşündə bu məsələni gündəmə gətirdiyini bildirib.
Ersin Tatar KKTC vətəndaşları arasında Rum tərəfinə keçidlə bağlı ayrı-seçkiliyin qəbuledilməz olduğunu çatdırdığını vurğulayaraq, fevralın 10-dan əvvəl Rum rəhbəri ilə yenidən görüşəcəklərini sözlərinə əlavə edib.
Xristodoulides görüşdən sonra verdiyi açıqlamada görüşdə Nyu-Yorkda axşam yeməyində müzakirə etdikləri keçid məntəqələri və digər fikirlərlə bağlı səkkiz maddəlik təklif paketini prezident Tatara təqdim etdiyini söyləyib.
Sözügedən paketin parça-parça deyil, bütöv olaraq qəbul edilməsinin vacibliyini dilə gətirən Xristodoulides bunun bütün kıbrıslıların, kıbrıslı rumların və kıbrıslı türklərinin xeyrinə olacağını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Bu, mütləq Moskvaya çatacaq...”
Dünya 18:45Amerika kosmosda dominantlığını bərpa edir...
Dünya 18:36Qobustanda bədbəxt hadisə nəticəsində iki nəfər ölüb
Hadisə 18:24Bəs deyirlər, itin etibarı guya yala bağlıdı..?
Maraqlı 17:56ABŞ–İsrail xəttində çat!
Siyasət 17:08Zəngəzur dəhlizi və köhnə reflekslər - ANALİTİK
Siyasət 16:40“Sirdaşım idi” - Suqra Ağamalı
Siyasət 16:30"Barselona"nın hücumçusu MLS klubuna keçə bilər
İdman 15:47AzMİ Çinin Milli Metrologiya İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb
İqtisadiyyat 15:29Bakı və Əmman iqtisadi əməkdaşlığını gücləndirməyi hədəfləyir
İqtisadiyyat 15:28Gəncə şəhər İcra İdarəsinə yeni rəis təyin edilib
Siyasət 14:34Bəzi rayonlara qar yağır, külək güclənir
Sosial 14:31Neymar karyerasını başa vuracağını etiraf etdi
İdman 13:17Rəşad Nəbiyev Salyanda vətəndaşlarla görüşəcək
Sosial 13:14“Sülh iqtisadiyyatı mərhələli əməkdaşlıqdır“ - ŞƏRH OLUNDU
İqtisadiyyat 13:05Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak edib - FOTOLAR
Mədəniyyət 13:00Qar yağacaq, yollar buz bağlayacaq
Sosial 12:32Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Hadisə 12:31Maaş artımı niyə qiymət artımını üstələyə bilmir? - EKSPERT DANIŞDI
İqtisadiyyat 12:10Fəzail Ağamalı ilə vida mərasimi keçirilib
Hadisə 11:59Paytaxtda piyada məkanları genişləndirilir - FOTOLAR
Sosial 11:46Qənaət kasıblıq deyil, ağılın səssiz zənginliyidir…
Köşə yazıları 11:23Erkən nikahların səbəbləri və nəticələri - ARAŞDIRMA
Sosial 11:08Azərbaycan ABŞ ilə enerji tərəfdaşlığının inkişafını müzakirə edib
İqtisadiyyat 11:05Milli Məclisin plenar iclası keçirlir
Siyasət 11:02Azərbaycanda yağış və qar yağır - FAKTİKİ HAVA
Sosial 10:54Pul hara axır? - Sektorlar üzrə rəsmi göstəricilər
İqtisadiyyat 10:28Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 10:01Nyu-York birjasında təbii qaz ucuzlaşıb
İqtisadiyyat 09:59Azərbaycan neftinin qiyməti 71 dolları ötüb
İqtisadiyyat 09:40Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
2,0243
+0,68%
-
GBP
2,3260
+0,57%
-
RUB
2,2016
-0,24%



