Almaniyanın cənubundakı Passau şəhərində bomba təhlükəsi səbəbindən dəmiryol vağzalı işini dayandırıb, sürət qatarındakı sərnişinlər təxliyə edilib. SİA xəbər verir ki, bu barədə "BR24" məlumat yayıb.
"Bild"in məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına anonim zəng təxminən saat 17:00-da daxil olub. Naməlum şəxsin sözlərinə görə, iki uzaq məsafəli qatara partlayıcı qurğular qoyulub. "BR24"ün məlumatına görə, polis itlərlə stansiyada və qatarda axtarış aparsa da, partlayıcı qurğu tapmayıb. Hadisə Nürnberq və Vyana arasında dəmir yolu nəqliyyatında fasilələrə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə