...Yataqxananın əməkdaşı bir neçə ukraynalı əsgərə nahar etməyə icazə verməyib. İşçinin sözlərinə görə, bu təhlükəli ola bilərdi.
SİA-nın məlumatına görə, Ukrayna Hərbi Dəniz Qüvvələrinin müşaviri Dmitri Pletençuk sosial şəbəkələrdə Kiyev yataqxanalarından birində baş verən insident barədə danışıb.
Pletençukun sözlərinə görə, onu və Ukrayna Silahlı Qüvvələrinin iki zabitini nahar etmək üçün binanın yeməkxanasına buraxmayıblar.
...Ukraynanın paytaxtında bir müəssisədə uniformalı iki hörmətli zabitlə nahar etməyə icazə vermə xahişim rədd edildi,- deyə o yazıb.
Qeyd edildiyi kimi, yataqxananın əməkdaşı imtinanı hərbçilərin təhlükə yarada biləcəyi ilə izah edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə