İsrailin hərbi kabineti hökumətə Qəzza ilə bağlı razılaşmanın təsdiqini tövsiyə edib
İsrail hökuməti Qəzza zolağında atəşkəs və orada saxlanılan girovların azad edilməsi ilə bağlı təklif edilən sazişi təsdiqləməlidir. SİA xəbər verir ki, bu qərar əsas nazirlərin iştirakı ilə keçirilən ölkənin hərbi-siyasi kabinetinin iclasının yekunları üzrə qəbul edilib.
“Bütün siyasi, təhlükəsizlik və humanitar aspektləri araşdırdıqdan sonra və təklif olunan sazişin müharibənin məqsədlərinə nail olunmasına töhfə verdiyini dərk edərək, milli təhlükəsizlik məsələləri üzrə nazirlər komissiyası (hərbi-siyasi kabinet) hökumətə təklif olunan planı təsdiq etməyi tövsiyə edib”, - deyə İsrailin Baş naziri Binyamin Netanyahunun Dəftərxanasından verilən məlumatda deyilir.
Dəftərxanada əlavə ediblər ki, Qəzza ilə bağlı sazişin tam təsdiq ediləcək hökumət iclası “bir qədər sonra, gün ərzində keçiriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə