...Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi bir irəliləyişdir. SİA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
...Bu, həqiqətən, sıçrayışlı sənəd Rusiya və İranın, eləcə də bütün Avrasiya regionunun sabit və davamlı inkişafı üçün lazımi şəraitin yaradılmasına yönəlib.
Bunu prezident vurğulayıb.
Putin İranla imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin mənasını açıqlayıb və qeyd edib ki, Moskva və Tehran “orada dayanmamaq və iki dövlət arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istəyində birləşirlər”.
Bundan əvvəl Putin və Pezeşkian Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni imzalayıblar. Dövlət başçılarının sözlərinə görə, sənəd “müdafiə, enerji, maliyyə, sənaye, mədəniyyət, elm, eləcə də bütün dünyada terrorizmlə mübarizə” kimi əməkdaşlığın bütün mümkün sahələrini əhatə edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə