Çinin əhalisi bir milyondan çox azalıb

...2024-cü ilin sonuna qədər Çinin əhalisi 1,39 milyon nəfər azalıb və hazırda 1,4 milyard vətəndaşdan bir qədər artıqdır. SİA-nın məlumatına görə, bu barədə Çinin Milli Statistika Bürosu bildirib.

Ötən il Çində 9,54 milyon insan doğulub, 10,93 milyon insan isə dünyasını dəyişib. Doğuş nisbətinin 1,6 faiz azalması fonunda 65 yaşdan yuxarı vətəndaşların sayı təxminən 220 milyon nəfərə yüksəlib.

Əmək qabiliyyətli əhalinin xüsusi çəkisi demək olar ki, 61 faiz təşkil edib. Bu, Çin əhalisinin 2022-ci ildən bəri ardıcıl olaraq üçüncü ildir azalması deməkdir.

Bununla belə, 2023-cü ildə iki milyondan çox insan azalıb ki, bu da azalma sürətinin yavaşladığını göstərir.

Keçən sentyabr ayında Çin parlamenti olan Ümumçin Xalq Nümayəndələri Yığıncağı 1950-ci illərdən bəri ilk dəfə pensiya yaşının artırılmasını təsdiqləyib.

...Deməli, Çində kişilər indiki kimi 60 deyil, 63 yaşında, rəhbər vəzifələrdə qadınlar 58, mavi yaxalı işçilər və qulluqçular üçün isə 55 yaşında təqaüdə çıxacaqlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə