TRT Dəməşqdə nümayəndəlik açacaq

Türkiyə Radio və Televiziya Qurumu (TRT) Suriyanın paytaxtı Dəməşqdə nümayəndəlik açacaq
TRT Dəməşqdə nümayəndəlik açacaq

Türkiyə Radio və Televiziya Qurumu (TRT) Suriyanın paytaxtı Dəməşqdə nümayəndəlik açacaq.
SİA-nın məlumatına görə, baş direktor Mehmet Zahid Sobacının göstərişi ilə TRT-nin Dəməşqdə xarici nümayəndəliyinin açılması üçün işlərə başlanılıb.
Bu çərçivədə nümayəndəliyin akkreditasiyası və rəsmi proseslərlə bağlı Suriya İnformasiya Nazirliyi ilə müzakirələr aparılıb.
Lazımi icazələr alındıqdan sonra TRT-nin Dəməşq nümayəndəliyi fəaliyyətə başlayacaq və hadisələri yerindən dünyaya çatdıracaq.
Dəməşq nümayəndəliyinin açılması ilə TRT-nin xarici təmsilçilərinin sayı 19-a yüksələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə