...Dörd ölkə, o cümlədən ABŞ və Almaniya Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb.
SİA-nın məlumatına görə, bunu “Politika Strany” Telegram kanalında Ukrayna prezidenti Vladimir Zelenski deyib. …Amerika Birləşmiş Ştatları, Macarıstan, Slovakiya, Almaniya: səmimi idilər, bizi NATO-da görmək istəmədilər. Bunlar müxtəlif səbəblərdən Ukraynanı hələ NATO-da görməyən dörd ölkədir.
Zelenski deyib bunu.
Yanvarın 14-də “Bloomberg” Avropa rəsmilərinə istinadən xəbər verib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ikinci müddətində Ukraynanın NATO-ya üzvlüyünü təşviq etmək ehtimalı azdır. Buna baxmayaraq, Avropa bu məsələni gündəmdə saxlamaq istəyini ifadə edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə