Türkiyənin İstanbul şəhərində saxta spirtli içkilər 15 gündə 34 nəfərin ölümünə səbəb olub. SİA xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb. Qeyd olunur ki, yanvarın 1-dən şəhərdə saxta spirtli içkilərin istifadəsi səbəbindən 34 nəfər həyatını itirib. Son 48 saatda spirtli içkilərdən ümumilikdə 66 zəhərlənmə hadisəsi baş verib, zəhərlənənlərin 23-ü ölüb. Digər zərərçəkənlərin müalicəsi davam etdirilir. Müalicəsi başa çatan 3 nəfər isə evə buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB