Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Suriyanın yeni hökumətinin xarici işlər nazirini Əsaad Həsən əl-Şibanini qəbul edib.
SİA xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasında bağlı qapılar arxasında keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.
Suriya xarici siyasət idarəsi rəhbərinin səfər proqramına Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidanla görüşlər də daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə