...NATO ölkələri Ukraynaya daha çox dəstək verməlidir. Bu yolla müharibənin gedişatını dəyişmək olar.
SİA-nın əldə etdiyi məlumata görə, RBC-Ukrayna bu barədə NATO-nun baş katibi Mark Ruttenin bəyanatına istinadən yazır.
Onun sözlərinə görə, müharibənin qarşısını almaq üçün ona hazırlaşmaq lazımdır.
...Müharibə düşüncəsinə keçməyin vaxtıdır. Müdafiəmizi gücləndirməli, daha çox xərcləməli və daha yaxşı silahlar istehsal etməliyik. Müharibənin gedişatını dəyişmək üçün Ukraynaya daha çox dəstək verməliyik. Hamımız bu müharibənin bitməsini istəyirik. Amma biz hər şeydən əvvəl sülhün də davam etməsini istəyirik.
Bunu deyən Rutte qeyd edib ki, dünyanın gələcək təhlükəsizliyi təhdid altındadır - Rusiyanın Ukraynaya qarşı müharibəsi davam edir, Rusiyanın NATO ölkələrinə qarşı düşmənçilik fəaliyyəti güclənir - kiberhücumlar, sui-qəsdlər, təxribatlar və s.
...Biz bunu hibrid adlandırırdıq, lakin bunlar sabitliyi pozan hərəkətlər və kampaniyalardır. Rusiya demokratiyaları zəiflətməyə, azadlığı sarsıtmağa çalışır və bu, özbaşına deyil. Çin, Şimali Koreya və İran tərəfindən dəstəklənir. Bu arada, terrorizmdən nüvə silahlarına, dezinformasiyaya və iqlim dəyişikliyinə qədər başqa təhlükələr qalmaqdadır.
Buna görə də Ruttenin fikrincə, “şəkil çox yaxşı görünmür”...
...Ancaq biz özümüzü qorumaq üçün nə edəcəyimizi dəqiq bilirik. Biz artıq burada birlikdə çox şey edirik. Bütün müttəfiqlər müdafiə investisiyalarını artırır. Sizin sayənizdə, hərbi rəhbərlər, bizim etibarlı hərbi planlarımız var. Qoşunlarımızın döyüş hazırlığı yüksəlib. Hərbi təlimlər daha geniş və daha tez-tez baş verir. Bütün bunlar vacibdir, lakin 4-5 il ərzində təhlükələrə qarşı durmaq üçün kifayət deyil..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə