...Reuters altı Avropa ölkəsinin səlahiyyətli nümayəndələrinin birgə məktubuna istinadən xəbər verir ki, İsveç, Danimarka, Finlandiya, Latviya, Litva və Estoniya Avropa Komissiyasını G7 ölkələri tərəfindən Rusiya neftinin barrel üçün 60 dollar səviyyəsində müəyyən etdiyi qiymət tavanını endirməyə çağırıb.
SİA-nın məlumatına görə, sənəddə yeni qiymət həddinin ölçüsü göstərilmir.
Məktubda deyilir: “Neft ixracı gəlirlərinin azaldılmasına yönəlmiş tədbirlər çox vacibdir, çünki onlar Rusiyanın ən mühüm gəlir mənbəyini hədəfləyirlər. Biz hesab edirik ki, indi G7-nin neft qiymət tavanını aşağı salmaqla sanksiyalarımızın təsirini gücləndirməyin vaxtıdır.
...Beynəlxalq neft bazarı bu gün xam neftlə 2022-ci ildə olduğundan daha yaxşı təmin olunub və bu, aşağı qiymət tavanının tədarükün pozulmasına gətirib çıxarması riskini azaldır.
Bu da altı Avropa ölkəsindən gələn məktubda deyilir. ...Məhdud saxlama qabiliyyətini və gəlir üçün enerji ixracından həddən artıq asılılığını nəzərə alaraq, Rusiyanın hətta əhəmiyyətli dərəcədə aşağı qiymətə neft ixracını davam etdirməyə alternativi yoxdur.
Bu da həmin məktubdandır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə