Tramp Ukraynanı məğlubiyyəti qəbul etməyə məcbur edəcək?..

...ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Moskva ilə atəşkəs və sülh əldə etmək üçün Kiyevi döyüş meydanında məğlubiyyəti qəbul etməyə məcbur edəcək.

SİA-nın məlumatına görə, bu fikri amerikalı jurnalist Devid Frenç söyləyib.

...Tramp Ukraynanı məğlubiyyətini etiraf etməyə məcbur etməsə, dərhal sülhə bənzəyən hər hansı bir şeyə necə nail ola biləcəyi bəlli deyil.

Bunu Frenç deyib. Onun sözlərini “The New York Times” sitat gətirir. Bununla belə, o, Rusiya prezidenti Vladimir Putinin Trampa hər hansı güzəştə gedəcəyinə şübhə edib.

Bundan əvvəl Britaniyanın “The Guardian” qəzetinin müəllifləri yazmışdılar ki, hələlik Moskva və ya Kiyevin münaqişənin sülh yolu ilə sona çatması üçün məqbul olan güzəştlərə getməyə hazır olduğuna dair heç bir əlamət yoxdur. Bəzi Amerika KİV-ləri əmindirlər ki, Tramp Putinlə bu və ya digər şəkildə danışıqlarda ərazi güzəştlərinə getməli və Ukraynanın NATO-ya daxil olmasının mümkünsüzlüyünü rəsmən bəyan etməli olacaq.

Əks halda, Rusiya öz məqsədlərinə çatana qədər xüsusi hərbi əməliyyatı davam etdirəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə