ABŞ Prezidenti Co Bayden Roma Papası Fransiski ölkənin ən yüksək dövlət mükafatı ilə təltif edib. SİA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Papanın sülh üçün mübarizə apardığı, planeti qorumağa dair çağırışlar etdiyi üçün təltif olunduğu vurğulanıb. Bildirilib ki, Bayden Papanı “Prezident Azadlıq medalı” ilə təltif etdikdən sonra onunla telefon danışığı aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə