...Ötən ilin iyulunda Belarusda “casusluq”da şübhəli bilinərək həbs edilən Yaponiya vətəndaşı Masatoşi Nakanişinin ilk məhkəmə iclası yanvarın 10-da Minsk məhkəməsində bağlı qapılar arxasında keçirilib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Belarusdakı səfirliyi məlumat yayıb.
Yaponiya səfirliyi Belarus hakimiyyətindən əməkdaşların məhkəmə prosesini müşahidə etməsinə icazə verməsini istəyib, lakin tələb rədd edilib.
Diplomatik nümayəndəlik “Yaponiya vətəndaşlarının müdafiəsi üçün müvafiq tədbirlər görməyə davam edəcəyini” bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə