Nyu-York məhkəməsində ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa hökm oxunub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hakim Xuan Merçan Trampla bağlı şərtsiz azad etmə qərarı çıxarıb.
Hökmə əsasən Tramp təqsirli olaraq qalacaq, lakin o nə həbs, nə də cərimə olunacaq. Tramp məhkəməyə virtual olaraq qatılıb.
Qeyd edək ki, Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilərək 34 maddə üzrə təqsirli bilinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB