İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda son 24 saatda 70 fələstinlinin ölümü ilə cəmi can itkisi 46 min 6-ya yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları 461 gündür ki, davam edir.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail qüvvələrinin son 24 saatda həyata keçirdiyi 3 hücumda 70 fələstinlinin həyatını itirdiyi, 104 fələstinlinin isə yaralandığı bildirilib. Hücumların başladığı 7 oktyabr 2023-cü ildən bəri ümumi can itkisinin 46 min 6-ya, yaralıların sayının isə 109 min 378-ə yüksəldiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə