Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) 2025-ci ilin ilk 7 günündə Qəzzada ən azı 74 uşağın öldürüldüyünü açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, UNICEF-in icraçı direktoru Ketrin Rassel deyib: "Yeni il Qəzzada olan uşaqlar üçün hücumlar, məhrumiyyətlər və artan soyuq hava ilə daha çox ölüm və iztirab gətirdi. Atəşkəs rejiminin yaradılması artıq vaxtı keçmiş imperativdir. Bir çox uşaq həyatını və ya yaxınlarını itirib. Yeni il faciə ilə yadda qalıb".
Açıqlamada soyuqdan dünyasını dəyişən körpələrlə bağlı da həmçinin bildirilib: "26 dekabrdan indiyədək bədən istiliyini tənzimləyə bilməyən azyaşlı uşaqlar üçün ciddi təhlükə olan hipotermiya səbəbindən 8 yeni doğulmuş körpə dünyasını dəyişib".
Bütün xəbərlər Facebook səhifəmizdə