2024-cü il Cənubi Koreyada qeydə alınan ən isti il ​​olub

2024-cü il Cənubi Koreyada orta illik temperaturun 14,5 dərəcəyə çatması ilə ölkədə qeydə alınmış “ən isti il” olacaq. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yonhap-ın məlumatına görə, Koreya Meteorologiya İdarəsi 2024-cü ilin orta temperaturu ilə bağlı açıqlama verib.

Açıqlamada Cənubi Koreyada 2024-cü ildə ölçülən illik orta temperaturun 14,5 dərəcəyə çataraq 2023-cü ildəki 13,7 dərəcə rekordunu üstələdiyi və 2024-cü ilin ölkədə qeydə alınan ən isti il ​​olduğu bildirilib. Açıqlamada bu artıma səbəb kimi artan dəniz səthi temperaturu göstərilib. 2023-cü il Cənubi Koreyada ən isti il ​​olaraq qeydə alınıb və illik orta temperatur 13,7 dərəcə elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə