Almaniyada silahlı hücum olub - 2 nəfər ölüb

Almaniyada şirkət binasına silahlı hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Baden-Vürtemberq əyalətinin Ştutqartın şimalında yerləşən Bad Fridrixşall qəsəbəsində şirkət binasına silahlı hücum olub.

İlkin məlumata görə, hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb. Hücum edən şəxsin hadisə yerindən qaçdığı və polis tərəfindən axtarıldığı bildirilib.

Hücumun səbəbi hələlik məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə