Qərbi Los-Ancelesdə böyük meşə yanğını başlayıb. SİA xəbər veirr ki, bu barədə CNN məlumat yayıb. Bildirilib ki, 27 min nəfər üçün təxliyə elan edilib. Qeyd edilib ki, güclü külək yanğının yayılmasını daha da artırır.
"Palisades yanğını cəmi üç saat ərzində 300 hektardan çox ərazini məhv etdi. Santa Monika və Malibu arasında yerləşən bu dənizkənarı ərazidə təxminən 27 min sakin yaşayır" , - agentlik qeyd edib. Los Anceles səlahiyyətliləri evakuasiyaya məruz qalan ərazilərdə yaşamayan vətəndaşlara binaların içərisində təhlükəsiz qalmalarını və yollarda səyahət etməməyi tövsiyə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə