Qazaxıstan və Özbəkistan strateji tərəfdaşlığı gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər
Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov arasında telefon danışığı olub. SİA Qazaxıstan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət zamanı xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyətini və gələcək inkişaf perspektivlərini, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
Tərəflər Qazaxıstan və Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqliyin hərtərəfli möhkəmləndirilməsinə kömək etməyə qarşılıqlı hazırlıqlarını təsdiqləyiblər.
Həmçinin cari ildə ali və yüksək səviyyəli tədbirlərin qrafiki nəzərdən keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə