Makronun Gürcüstanda seçkilərin saxtalaşdırılması barədə dedikləri həqiqəti əks etdirmir
“Fransa Prezidenti Emmanuel Makronun Gürcüstanda seçkilərin saxtalaşdırılmasına dair sözləri yalan məlumatlara əsaslanır və həqiqəti əks etdirmir”. SİA xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın Gürcüstanda keçirilən parlament seçkilərinə müdaxilə etməsi barədə bəyanatına münasibət bildirərkən deyib.
Maka Boçorişvilinin sözlərinə görə, ümumiyyətlə yanlış məlumat əsasında təsəvvürlər yarananda çox üzücü olur.
“Gürcüstanda elektron seçkilər keçirildi və heç kim seçkilərə təsir edəcək qədər qutuya bülleten qoya bilmədi, o da bunu bilməlidir. Əgər bilmirsə, Fransa səfirindən soruşaq. O, Gürcüstanda gedən proseslərlə bağlı öz hökumətini nə dərəcədə düzgün məlumatlandırır? Görünən budur ki, səfir öz hökumətini düzgün məlumatlandırmayıb. Makron da yanlış məlumatlar əsasında yanlış təsəvvür yaradır” – deyə, M.Boçorişvili vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə