Türkiyə ixracatının aparıcı sektoru olan avtomobil sənayesi 2024-cü ildə 37 milyard 212 milyon dollarlıq xarici satış həyata keçirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
2024-cü ildə avtomobil sənayesinin ixracatı bir əvvəlki ilə görə 6,3 faiz artaraq 37 milyard 212 milyon dolları ötüb.
Türkiyə ixracatında avtomobil sənayesinin payı 17,3 faiz olub. Birinciliyini qoruyan sektor son 19 ildə 18-ci dəfə ixrac çempionu olmağı bacarıb.
Keçən il ən böyük avtomobil bazarı olan Almaniyaya 4 milyard 856 milyon dollarlıq ixracat edilib. 2024-cü ildə ikinci ən böyük bazar olan Böyük Britaniyaya ixracda 25, İtaliyaya 9,5, Sloveniyaya 33, ABŞ-a 19 və Rumıniyaya 33,5 faiz artım gerçəkləşib.
2024-cü ildə 68,2 faizlə sektordan Avropa İttifaqı ölkələrinə 25,3 milyard dollarlıq avtomobil ixracı edilib. Ötən il digər Avropa ölkələrinə ixracda 25, Şimali Amerika Azad Ticarət Bölgəsinə 17, Okeaniya ölkələrinə isə 55 faiz artım olub.
Bütün xəbərlər Facebook səhifəmizdə