Təxminən 3 ildir davam edən Rusiya-Ukrayna müharibəsində Qərb dövlətlərinin Ukraynaya silah və hərbi təlim dəstəyi davam edir. Fransada təlim keçmiş 2300 əsgərin daxil olduğu ümumilikdə 4500 əsgərdən ibarət Ukrayna briqadasında problemlər yaşandığı və bəzi əsgərlərin qaçdığı məsələsi gündəmə gəlib.
SİA-nın məlumatına görə, Fransa Müdafiə Nazirliyi onlarla əsgərin cəbhəyə getmədən qaçdığını təsdiqləyib.
Ukrayna Quru Qoşunları komandiri Mixaylo Drapati bir hissəsi Fransada təlim keçmiş əsgərlərdən ibarət olan Ukrayna briqadasında problemlərin olduğunu və bu problemlərin həll edilməkdə olduğunu bildirmişdi. Komandir Fransada qaçan əsgər sayının çox az olduğunu vurğulamışdı.
Ukraynada 50-si Fransadakı təlimlər zamanı olmaqla ümumilikdə 1700 əsgərin cəbhəyə getmədən qaçdığı xəbərləri mətbuata sızmışdı.
Rusiyaya qarşı döyüşən Ukraynaya dəstək verən Qərb koalisiyası müharibənin əvvəlindən bəri ukraynalı əsgərlərə təlim keçir. Bu təlimlər çərçivəsində 30-dan çox ölkədə 100 mindən çox ukraynalı əsgər təlim alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə