İsmail Bəqai: ''Problem siyasi deyil, texniki səbəblərə görə yaşandı''

İran Türkiyə ilə yol-nəqliyyat sektorunda yaşanan problemin siyasi deyil, texniki olduğunu açıqlayıb

İran Türkiyə ilə yol-nəqliyyat sektorunda yaşanan problemin siyasi deyil, texniki olduğunu açıqlayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ''Tesnim'' xəbər agentliyinin yaydığı məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai keçirdiyi həftəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlamalar verib.

İsmail Bəqai Türkiyə ilə yol-nəqliyyat sektorunda yaşanan problemlərlə bağlı suala cavab olaraq, məsələnin siyasi olmadığını və yalnız texniki səbəblərdən qaynaqlandığını bildirib. O, Bazarqan sərhəd-buraxılış məntəqəsində iranlı yük maşını sürücülərinin qarşılaşdıqları çətinliklərdən də bəhs edib və əlavə edib ki, bu məsələni həll etmək üçün həm İran, həm də Türkiyə tərəfindən səylər göstərilir.

Xarici İşlər Nazirliyinin sözçüsü məsələnin həlli üçün yaxın günlərdə Türkiyəyə nümayəndə heyətinin göndəriləcəyini də qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə